Azərbaycan XİN BMT Baş katibinə etiraz məktubu ünvanladı - SƏBƏB
22 avqust 2019 15:59 (UTC +04:00)

Azərbaycan XİN BMT Baş katibinə etiraz məktubu ünvanladı - SƏBƏB

 
 
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması ilə bağlı məlumata münasibət bildirib.
 
Lent.az-ın məlumatına görə, L.Abdullayeva qeyd edib ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb.
 
"Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir.
 
Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq", - deyə L. Abdullayeva vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar