Dövlət Komitəsindən vətəndaşlara Məhərrəmliklə bağlı <span style="color:red;">ÇAĞIRIŞ
20 avqust 2019 15:55 (UTC +04:00)

Dövlət Komitəsindən vətəndaşlara Məhərrəmliklə bağlı ÇAĞIRIŞ

Sentyabrın 1-dən Məhərrəm ayı başlayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı hansı tədbirləri həyata keçirəcək?

Lent.az-ın sualını komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov cavablandırıb.

Dövlət-din münasibətləri istiqamətində hökumətin siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin istənilən əlamətdar dini təqvimlə bağlı konkret fəaliyyət planı olduğunu deyən şöbə müdiri islamla bağlı ayın və mərasimlərin icrasının da onlardan biri olduğunu bildirib: “Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına uyğun həyata keçirilməsidir. Hər il QMİ bu mərasimlərlə bağlı tövsiyələrindən ibarət fətvasını açıqlayır. Fətvada məhərrəmlik mərasimlərinin mahiyyətinə uyğun təşkil edilməsi ilə yanaşı, xurafat elementlərindən uzaq, özünə bu və ya digər şəkildə zərər yetirmək kimi mənfi hallara yol verilmədən keçirilməsi nəzərdə tutulur. Fətvada qeyd olunur ki, qan çıxarmaq, zəncir vurmaq, özünə bu və ya digər şəkildə zərər yetirmək yolverilməzdir”.

N.Məmmədov qeyd edib ki, zaman tədricən bu səpkili mərasimlərin keçirilməsinin humanizm nöqteyi-nəzərdən müsbətə doğru dəyişdiyini göstərir: “QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə neçə illərdir ki, qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyası təşkil olunur. Bu humanist addım öz mahiyyətinə görə əzadarlığın ən optimal variantlarından biridir. Bu baxımdan bizim qarşımızda duran əsas məsələ, bütün soydaşlarımızın, vətəndaşlarımızın qanunun tələbləri çərçivəsində Məhərrəmlik mərasimlərinin keçirilməsinə dəvət etməkdir”.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2212

Oxşar yazılar