Türkiyədə bayram günlərinin yol <span style="color:red;">QIRĞINI:  50 nəfər ölüb
15 avqust 2019 12:22 (UTC +04:00)

Türkiyədə bayram günlərinin yol QIRĞINI: 50 nəfər ölüb

Türkiyədə Qurban bayramı tətili günlərində baş verən yol qəzalarında 50 nəfər dünyasını dəyişib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ölkənin 33 vilayətində baş verən 45 yol qəzası hadisəsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Qeyd olunub ki, yollarda təhlükəsizliyi təmin etmək üçün 116 min 236 yol polisi xidmət başında olub. Eyni zamanda avtobuslarda yolçu kimi 560 nəqliyyat polisi xidmət göstərib. 

Qeyd edək ki, Türkiyədə bayram tətili 5 gün olub.
 


 

 

# 530
avatar

Aygün İbrahimli

Oxşar yazılar