Zaqatalada 4 bal gücündə növbəti zəlzələ olub - YENİLƏNİB
10 avqust 2019 16:20 (UTC +04:00)

Zaqatalada 4 bal gücündə növbəti zəlzələ olub - YENİLƏNİB

 
Bu gün yerli vaxtla saat 15:22-də Zaqatalada üçüncü zəlzələ qeydə alınıb.
 
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM)  APA-ya verilən xəbərə görə, zəlzələ Zaqatala stansiyasından 14 km cənub-qərbdə, Zaqatala ərazisində baş verib. 
 
Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
 
***
 
15:12
 
Bu gün Zaqatalada ikinci zəlzələ olub.
 
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM)  APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
 
İkinci zəlzələnin maqnitudası hiss edilməyəcək dərəcədə zəif, 3.4 olub.
 
Zəlzələ nəticəsində yaşayış yerlərində fəsadlar qeydə alınmayıb.
 
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
 
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
 
****
 
11:50
 
Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.
 
Lent.az-ın məlumatına görə, yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub. 
 
Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər. 
 
 
Zəlzələ barədə RSXM rəsmi məlumat yayıb. RSXM-dən APA-a verilən məlumata görə, bu gün saat 11:35-də Zaqatala stansiyasindan 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
 
4.9 maqnitudada baş verən zəlzələnin dərinliyi 2 km olub.
 
Zəlzələ hiss edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1385

Oxşar yazılar