
İnstaqram bu şirkəti rədd etdi: məlumatları sızdırırmış
Məşhur İnstaqram fotoservisi Hyp3r adlı marketinq şirkəti ilə əməkdaşlığı dayandırdı. Belə ki, bu əməkdaşlıq çərçivəsində Hyp3r şirkəti İnstaqram istifadəçilərinin məlumatlarını əldə edirdirlər.
Lent.az "technote"a istinadən xəbər verir ki, Hyp3r şirkəti İnstaqram istifadəçilərinin yerləşdikləri yerləri təyin edə, onların istfadəçi hesablarındakı məlumatları və Stories paylaşımlarını özündə saxlaya bilirdi.
Bu isə birbaşa İnstaqram qaydalarının pozulması deməkdir. Hyp3r şirkəti məlumatları keçən ildən yığmağa başlamışdı. Lakin fotoservis bundan xəbərsiz idi. 7 avqust tarixində isə İnstaqram sözügedən servisə xüsusi məktub göndərdi və həmin məktubda şirkətin İnstaqram qaydalarını pozduğu barəsində məlumat əks olunmuşdu.
“Hyp3r şirkətinin hərəkətləri bizim qanunlarımızı pozub. Nəticədə biz onları öz platformamızdan silmişik. Biz həmçinin İnstaqrama bəzi dəyişikliklər əlavə etmişik və həmin dəyişikliklər digər şirkətlərə yerləşdikləri yerlər barəsində məlumatlara sahib səhifələrdən bu cür məlumatları əldə etməyə imkan verməyəcək” - deyə Instagram qeyd edib.
Hyp3r şirkətinin hansı həcmdə istifadəçi məlumatı əldə etdiyi məlum deyil. Şirkətin özü isə bütün bunları təkzib edib və qeyd edib ki, onun əldə etdiyi bütün məlumatlar qanuni şəkildə əldə olunub.
Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55