Sumqayıtda 14 yaşlı qız itkin düşüb - FOTO
09 avqust 2019 19:53 (UTC +04:00)

Sumqayıtda 14 yaşlı qız itkin düşüb - FOTO

 
 
Sumqayıt şəhərində 14 yaşlı qız itkin düşüb.
 
APA-nın yerli bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər, 1-ci mikrorayon, ev 8A/27, mənzil 28 ünvanında qeydiyyatda olan İsmayılova Gülbadam Nəsir qızı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 4-ü, təxminən saat 15:00 radələrində 2005-ci il təvəlludlu qızı - İsmayılova Aysun Əli qızı yaşadığı evin həyətindəki marketdən çörək almaq adı ilə evdən çıxaraq, naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
 
İsmayılova Aysunun əlamətləri: boyu, təxminən, 155 sm, gözlərinin rəngi qara, orta bədən quruluşlu, qarabəniz sifəti və qara rəngdə saçı var. Evdən çıxarkən əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar və ayağında ağ rəngli ayaqqabı olub.
 
Məlumatı olanlardan (018 ) 64-4-41-15, 050-353-05-97 nömrəli telefonlara zəng etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1765

Oxşar yazılar