
Fond bazarında yeni hesablaşma MODELİ
Bu gündən etibarən Azərbaycanın qiymətli kağızlar bazarında “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin tətbiqinə başlanılıb. Yeni modelin tətbiqində məqsəd Azərbaycanın qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, bazarda likvidliyin daha səmərəli tənzimlənməsi və bütövlükdə Azərbaycanın qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsidir.
“APA-Economics”in Milli Depozit Mərkəzinə istinadən verdiyi məlumata görə, yeni modelə əsasən, qiymətli kağızlar bazarında pul hesablaşmaları kommersiya bankları tərəfindən həyata keçirilməyə başlayır, qiymətli kağızlar üzrə hesablaşmaların aparılması isə daha öncədən olduğu kimi klirinq təşkilatı qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir. Beləliklə, mütərəqqi təcrübə əsasında hazırlanmış hesablaşma agenti modeli aktivlərin əvvəlcədən bloklaşdırılması zərurətinin aradan qaldırılması, qarantiya mexanizmlərinin təkmilləşdirilməsi, pul hesablaşmaları üzrə real ödənişə qarşı çatdırılma (DVP) mexanizminin tətbiqi kimi üstünlüklərə malik olaraq bankların kapital bazarına cəlb edilməsinə, investisiya şirkətləri üçün yeni maliyyə imkanlarının yaradılmasına xidmət edir.
Bunlarla yanaşı, hesablaşma rejimlərinin optimallaşdırılması məqsədilə yeni hesablaşma modelinin tətbiqi səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçidini mümkün edir. Bu da öz növbəsində xarici investorların yerli bazara cəlb edilməsi, onların bazarda iştirakının təşviq edilməsi, eləcə də yerli investorların investisiya imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, modelin tətbiq edilməsinə dair “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş” cari ilin 27 may tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, “Azər Türk Bank” ASC, “PAŞA Bank” ASC, “Xalq Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və hazırda bazarda fəaliyyət göstərən 8 investisiya şirkəti arasında imzalanıb.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31