
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı işə başladı - FOTOSESSİYA
Artıq 11 il ardıcıl olaraq Azərbaycanın səxavətli və səfalı guşəsi olan Qəbələ şəhəri Azərbaycandan və bütün dünyadan musiqi sevərləri bir araya gətirir. Əhali arasında həm Azərbaycanın, həm də xarici dövlətlərin klassik musiqi janrlarını tanıdan Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert 2019-cu ilin 31 iyul tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilib.
“Gilan Holding”dən APA-ya verilən məlumata görə, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrin iştirakı ilə keçirilmiş konsert nəcib və zəngin əsərlər və ifalar ilə yadda qaldı. Təcrübəli və tanınmış dirijor Cavad Tağızadənin rəhbərliyi ilə gerçəkləşən konsertdə Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərləri səsləndi. Gənc və çox istedadlı solistlər Taleh Yahyayevin (bariton), Nigar Cəfərovanın (soprano), Mahir Tağızadənin (bariton), Rəsul Əliyevin (fleyta), Nəzrin Aslanlının (violin), Safura Aslanovanın (vokal), Məmmədəli Paşazadənin (klarnet) çıxışları zalda əyləşmiş çoxsaylı tamaşaçıları valeh etdi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”in dəstəyi ilə keçirilən Festivalın təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarında Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçiriləcək.
Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29