<span style="color:red;">Səfir : “Azərbaycana buğda ixracını 3 dəfə artırmışıq"
31 iyul 2019 19:35 (UTC +04:00)

Səfir: “Azərbaycana buğda ixracını 3 dəfə artırmışıq"

 
 
"Son 3 ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 2 dəfə artıb".
 
APA-nın xəbərinə görə, bunu diplomatik missiyasının başa çatması münasibətilə keçirilən tədbirdə jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
 
Onun sözlərinə görə, son 4 il ərzində Azərbaycan və Qazaxıstan arasında bir çox vacib sənəd imzalanıb: "Bunlardan arasında Azərbaycan və Qazaxıstan Dəmir Yolları qurumlarının 3 il müddətinə imzaladığı yarım milyard ABŞ dolları dəyərindəki sənəd də var. Biz Azərbaycana buğda ixracını da bərpa edirik. Vaxtilə biz Azərbaycana 1 milyon ton buğda ixrac edirdik. Sevindirici hal odur ki, bu ilin birinci yarısında Azərbaycana buğda ixracını 3 dəfə artırmışıq. Ümid edirəm ki, gələn il 5-6 il öncəki göstəricini bərpa edəcəyik".
 
Səfir əlavə edib ki, iki ölkə arasında əlaqələr həmişə yüksək səviyyədə olub.
 
"Mən 4 il 4 ay Qazaxıstan üçün qardaş ölkə olan Azərbaycanda fəaliyyət göstərmişəm. Burada özümü həmişə evdəki kimi hiss etmişəm", - B.İsabayev qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar