
Bu ölkə milli valyutanın denominasiyasını elan etdi
İranın Nazirlər Kabineti milli valyutasının nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında qərarı təsdiq edib.
APA-nın Tehran bürosunun məlumatına görə, qərara əsasən, bu gündən etibarən İran milli valyutasından dörd sıfır götürüləcək. Ətraflı məlumatı İran Mərkəzi Bankının sədri mətbuata açıqlayacaq.
Qeyd edək ki, İranda bu istiqamətdə ötən ilin sonlarından addımlar atılmağa başlayıb.
Ötən ilin sonlarında İran Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, ölkənin milli valyutasının adı riyaldan tümənə dəyişdirilib. Bu qərara görə, 1 tümən 10 riyal həcmində ölkənin milli valyutası kimi qəbul edilib.
İranın bir sıra ekspertləri denominasiya təqdirdə inflyasiyanın kəskin artacağı ilə bağlı xəbərdarlıq edirlər.
İran riyalı (hazırkı milli valyuta tüməndir) 2011-2014 illərdə dollar müqabilində dəyərini kəskin şəkildə itirib. 2012-ci ildə 1 dollar 4 100 tümənə qədər bahalaşıb, hazırda isə qiymət bir qədər də artaraq 11 994 tümənə çatıb.
Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14