"Qalatasaray"dan 45 milyon avroluq  transfer - "Milan"ın ulduzu  İstanbulda
29 avqust 2026 16:31 (UTC +04:00)

"Qalatasaray"dan 45 milyon avroluq transfer - "Milan"ın ulduzu İstanbulda

0

Türkiyə Superliqasında ardıcıl 4-cü, ümumilikdə isə 26-cı çempionluğunu qazanan “Qalatasaray” transfer işlərini davam etdirir.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, İstanbul klubu cinah mövqeyini "Milan"ın futbolçusu Rafael Leao ilə gücləndirib. 

“Qalatasaray” 27 yaşlı futbolçunun transferi üçün İtaliya klubuna 45 milyon avro və əlavə bonuslar ödəyəcək. Rafael Leao isə “Qalatasaray”la 4 illik müqavilə imzalayacaq. Portuqaliyalı futbolçu illik xalis 12 milyon avro maaş alacaq və müqavilədə nəzərdə tutulan şərtlərdən asılı olaraq əlavə bonuslar qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar