Avqustun 29-da Rusiyanın ən iri hava limanları olan Şeremetyevo, Domodedovo, Vnukovo, Pulkovo və Soçidə uçuş cədvəlində genişmiqyaslı pozuntu qeydə alınıb.
Lent.az xəbər verir ki, PUA hücumları səbəbilə yüzlərlə reys bir neçə saat gecikir, onlarla reys isə ləğv edilib.
Səhər saatlarından etibarən gecikmələr həm beynəlxalq, həm də daxili reyslərə təsir edib. Məlumata görə, “Azərbaycan Hava Yolları”nın Bakıya bu gecə saat 01:00-a planlaşdırılan J2 810 reysi saat 11:00-a keçirilib.
Qeyd olunur ki, ən mürəkkəb vəziyyət Kalininqrad, Soçi, Antalya və Şimali Qafqaz şəhərləri istiqamətində yaranıb.