3 ekranlı smartfonun patenti təsdiqləndi - <span style="color:red;">FOTO
31 iyul 2019 11:27 (UTC +04:00)

3 ekranlı smartfonun patenti təsdiqləndi - FOTO

 
Görünür, qatlana bilən ekranlara sahib smartfonlar Samsung şirkətinə bəs etmədi və buna görə də şirkət üç ekranlı smartfonun patentini əldə etdi.
 
Fotolardan da görmək olar ki, smartfon üç hissədən ibarət olacaq və hər bir hissə öz ekranı ilə təchiz olunacaq.
 
Smartfonun aşağı hissəsində metal materialdan hazırlanmış xüsusi hissə yerləşir və həmin hissə smartfonu elə şəkildə birləşdirir ki, üç ekran üst-üstə yerləşir. Smartfonun metal materialdan hazırlanmış həmin aşağı hissəsi dairəvi formadadır və onun üzərində hansısa fiziki düymə və ya kamera yoxdur. Samsung şirkətinin bu patent üzərində çalışacağını dəqiqliklə demək olmaz. Çünki sözügedən patent hələki nəzərdən keçirilir.

Lent.az "technote"a istinadən bu smartfonun eskizlərini və özünün hazırlamış render fotosunu təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar