
Azərbaycan neft hasilatını 14 faiz azaldıb
Son beş ildə (2019-cu ilin yanvar-iyun aylarına olan göstəricinin 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə) Azərbaycanda neft hasilatı 14 faizə yaxın azalıb.
“APA-Economics”in SOCAR-ın məlumatları əsasında apardığı hesablamalarına görə, bu ilin birinci yarısında Azərbaycanda 21,36 mln. ton neft hasil edilib, ötən ilin müvafiq dövründə bu göstərici 18,76 mln. tona yaxın olub.
Qeyd edək ki, planlaşdırılmış təmir işləri ilə əlaqədar "Azəri-Çıraq-Günəşli" (Azərbaycanda neft hasilatının böyük hissəsi məs bu blokun üzərinə düşür) yatağının "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılmışdı, bu da ölkədə “qara qızılın” hasilatına öz təsirini göstərib.
Ötən il ölkədə 38,8 mln. tondan çox neft hasil edilib ki, bu da, demək olar, 2017-ci ilin göstəricisi ilə bərabərdir.
Aparılan hesablamalara görə, bu ilin ilk yarısında SOCAR öz imkanları hesabına müstəqil olaraq 3,77 mln. ton neft hasil edib. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz azdır.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin öncə dediyinə görə, dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz Azərbaycanda olması şirkətin qarşısında çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəf bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.
Xatırladaq ki, 2018-ci ildə SOCAR 7,54 mln. tondan artıq neft hasil edib. Bu göstərici əvvəlki ilə nisbətən 1,55 faiz çoxdur.
Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00