
Son aylarda Azərbaycana 18740 ədəd avtomobil idxal olunub
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 18 740 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 9 152 ədəd və ya 95,5% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 101 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub, bu da 2018-ci ilin ilk altı ayı ilə müqayisədə 41 ədəd və ya 68,3% çoxdur.
Bundan başqa, cari ilin yanvar iyun aylarında Azərbaycana 16 965 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 480 ədəd və ya 2 dəfə artıb.
Hesabat dövründə ölkəyə həmçinin 1 593 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 81 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 615 ədəd və ya 62,9% və 16 ədəd və ya 24,6% artıb.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06