
Röyadan ŞOK ADDIM: "Dostluğumuzu pozur" - VİDEO
Əməkdar artist Röya Ayxan 1 milyon 700 min izləyicisi olan İnstaqramını tərk edib.
Sənətçi artıq 10 gündür ki, sosial şəbəkədə heç bir paylaşım etmir.
Müğənninin fanatları da onun bu addımından narahatlıq hissi keçiriblər.
Məlum olub ki, Röya sosial şəbəkədən getməsini virtual həyatının şəxsi münasibətlərinə zərər verməsi ilə əlaqələndirib.
Kanon ifaçısı Xədicə Həsənovaya “Whatsapp” vasitəsilə doğum günü təbriki yollayan Röya bildirib:
“Səni öz səhifəmdən təbrik etmək istəyərdim, amma yavaş-yavaş anladım ki, İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur. Biz artıq otururuq, danışmağa söz tapmırıq. Çünki hər şeydən orada xəbərdarsan, hər şeyi bilirsən və s.”.
Qeyd edək ki, PR-ın, reklamın İnstaqramdan aparıldığı, insanların sosial trendlərdən asılı olduğu bir zamanda müğənninin bu addımı xeyli gözlənilməz olub.
Onu da bildirək ki, sənətçi bunadək bir neçə dəfə İnstaqramdan qısa fasilələrlə uzaqlaşıb. Lakin bu fasilələr 3-4 gündən artıq olmayıb.
(Axşam.az)
Oxşar yazılar

Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46
Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11