Türkiyənin “TV8” telekanalında yayımlanan “Survivor 2019” layihəsinin Türkiyə-Yunanıstan yarışmasının qalibləri məlum olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfdən Yusuf Karakaya, Yunanıstan tərəfdən isə Katerina Dalaka çempion adına layiq görülüb.
Nəticələrin elan olunmasına dəqiqələr qalmış isə Yusufun anasının halı pisləşib. Həyəcanlanan qadın gözlənilmədən huşunu itirib. Bu səbəbdən canlı yayıma bir neçə dəqiqəlik fasilə verilib.