Evliliyi 2 gün çəkən Zerrin Özər xəstəxanalıq oldu - <span style="color:red;">FOTO
19 iyun 2019 10:51 (UTC +04:00)

Evliliyi 2 gün çəkən Zerrin Özər xəstəxanalıq oldu - FOTO

Bir neçə gün öncə 34 yaşlı Murat Akıncı ilə evlənən, 2 gün sonra boşanan müğənni Zerrin Özər xəstəxanaya yerləşdirilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, evində huşsuz vəziyyətdə tapılıb.

Müğənninin meneceri Kamal Aslan məsələ ilə bağlı açıqlama verib: "Zerrin xanım güclü stress keçirib. Evdə özündən gedib. Təcili yardımla xəstəxanaya apardıq. Qan təzyiqi çox yüksəkdir. Həkimlər əllərindən gələni edirlər. Ancaq təzyiq yenidən artır".

Xatırladaq ki, Seda adlı qadın Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini bildirmişdi.

# 1428
avatar

Oxşar yazılar