Ağdamda 120 kq yararsız ət aşkarlandı
17 iyun 2019 16:18 (UTC +04:00)

Ağdamda 120 kq yararsız ət aşkarlandı

İyunun 16-da Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyi nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti tədbir keçirilib.
 
DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.
 
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
 
Araşdırmalar aparılır.
# 529
avatar

Oxşar yazılar