Bazar günü hava necə olacaq? - <span style="color:red;">PROQNOZ
08 iyun 2019 12:52 (UTC +04:00)

Bazar günü hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, havanın temperaturu  gecə 19-23° isti, gündüz  26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz  29-31°  isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti,  gündüz 21-26°  isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar