![[b] “Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələr daha da inkişaf edir” - Nazir[/b]](https://lent.az/storage/news/2019/may/22/big/645f65410ae3a1d37d35c9f6766409aa.jpg)
[b] “Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələr daha da inkişaf edir” - Nazir[/b]
“Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələr daha da inkişaf edir”.
Bu sözləri Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi ONA-nın London bürosuna verdiyi müsahibədə deyib. O, iki ölkə arasında illərdir ki, yaxın və sıx əlaqələrin olduğunu qeyd edib.
“Biz bilirik ki, neft və qaz sektoru iki ölkə arasındakı iqtisadi əlaqələr üçün xüsusi əhəmiyyət kəsb edir. BP Azərbaycanda uzun müddətdir ki, fəaliyyət göstərir və Azərbaycan və Böyük Britaniya hökumətləri birgə çoxlu işlər görüb. Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi üçün böyük bir istək var. Hazırda isə turizm, balaca və orta bizneslər, kənd təsərrüfatı, mədəni sahələrdə mübadilə, külək enerjisi kimi davamlı enerji sahələrində iqtisadi əlaqələrin şaxələndirilməsi üzrə işlər görülür. Böyük Britaniya da iki ölkə arasındakı bu tərəfdaşlığa çox maraqlıdır”.
Corc Hollinqberi iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün daha da çox işlər görülə biləcəyini deyib. “Düşünürəm ki, bunun üçün iki tərəfin də marağı böyükdür və mən əlaqələrin daha da gücləndiyini görürəm”.
Britaniyalı nazir ölkəmizin "Formula 1" kimi beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladaraq iki ölkə arasındakı idman əlaqələrinin əhəmiyyətindən danışıb. O, Azərbaycanda növbəti həftə baş tutacaq “Arsenal” və “Çelsi” arasındakı qarşılaşma üçün bir çox Arsenal azarkeşinin Azərbaycana səyahət edəcəyini, bunun qarşılıqlı əlaqələrin inkişafı üçün yaxşı göstərici olduğunu qeyd edib.
Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00