
İsgəndər Həmidovun səhhəti pisləşdi: əməliyyat olunmaq üçün xaricə aparıldı
Dünən axşam saatlarında Azərbaycanın sabiq saxili İşlər naziri, Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü İsgəndər Həmidovun səhhəti qəfildən pisləşib.
ONA-nın məlumatına görə, bu barədə İsgəndər Həmidovun köməkçisi məlumat verib.
O bildirib ki, İ.Həmidov şiddətli ürək ağrıları ilə xəstəxanaya yerləşdirilib: “Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər. Belə ki, İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılması məqsədəuyğun sayılıb”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ONA-ya bildirib ki, İsgəndər Həmidovun səhhəti ilə əlaqədar vəziyyəti öyrənmək üçün ona dəfələrlə telefon zəngi etsə də, əlaqə saxlamaq mümkün olmayıb: “Amma mənə bildirdilər ki, İsgəndər bəy əməliyyat edilməsi üçün xaricə aparılıb”.
Xatırladaq ki, ötən il dekabrın 4-də anidən vəziyyəti pisləşən İsgəndər Həmidov 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilmiş və həkimlərin anju etmək təklifini son anda rədd etmişdi.
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55