![[b]"Azərbaycan yeganə dövlətdir ki, hazırda tarixi torpaqları ilə həmsərhəddir" - Tahir Kərimli[/b]](https://lent.az/storage/news/2019/may/17/big/4823494649fb013bd600f03a442e9d3d.jpg)
[b]"Azərbaycan yeganə dövlətdir ki, hazırda tarixi torpaqları ilə həmsərhəddir" - Tahir Kərimli[/b]
“Gürcülər bizim icazəmizlə ərazimiz olan Keşikçidağdakı məbəddə Pasxa bayramını keçirdilər, ancaq ərazimizdə bizə qarış təhqiramiz bəyanatlar səsləndirdilər”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli söyləyib.
T.Kərimli deyib ki, həmin abidə alban kilsəsidir: “Hazırda iki dövlət arasında komissiya yaradılıb, iş görülür. Ancaq mən qorxuram, tarixən biz torpaqlarımızı müxtəlif dövlətlərə paylamışıq. Azərbaycan yeganə dövlətdir ki, hazırda tarixi torpaqları ilə həmsərhəddir. Gürcülərə həmişə imkan verilir ki, həmin abidələri ziyarət etsinlər. Ancaq bizim Konstitusiyanı, qanunu pozmağa icazə vermək olmaz ”.
Millət vəkili bildirib ki, Gürcüstanda izahat işi aparılmalıdır: “Biz mədəni, tarixi irsimizə sahib çıxmalıyıq”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16