![[b]Türkiyə Bakı-Ankara-Bakı sərnişin qatarının biletlərinin qiyməti ilə bağlı təklif verib - QİYMƏTLƏR - YENİLƏNİB[/b]](https://lent.az/storage/news/2019/may/08/big/2f937e17153bf8618bbfb5e5ef29ef7a.jpg)
[b]Türkiyə Bakı-Ankara-Bakı sərnişin qatarının biletlərinin qiyməti ilə bağlı təklif verib - QİYMƏTLƏR - YENİLƏNİB[/b]
Türkiyə tərəfi bu ilin avqust ayında Bakı-Tbilis-Qars dəmir yolu xəttində fəaliyyətə başlayacaq Bakı-Ankara-Bakı sərnişin qatarının biletlərinin qiymətinə dair Azərbaycan tərəfinə təklifini təqdim edib.
Bunu ONA-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib.
S. Qədirova deyib ki, Türkiyə tərəfi qiymətlərin vaqonların kateqoriyasından asılı olaraq adambaşına 350-800 lirə (97- 220 manat) arasında olmasını təklif edib: “Azərbaycan tərəfi hazırda bu təklifə baxır. Hələ ki, bu məsələ ilə bağlı razılaşma yoxdur. Yaxın vaxtlarda qiymətlərə dair birgə razılıq əldə olunacaq və bu, ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, Bakı-Ankara-Bakı marşrutunda sərnişinlər Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İsveçrənin “Stadler” şirkətindən aldığı vaqonlar vasitəsi ilə daşınacaq.
18:15
Bakı-Tiflis-Qars (BTQ) sərnişin qatarı bu ilin avqustunda istifadəyə veriləcək.
ONA-nın "railturkey"ə istinadən verdiyi xəbərə görə, ötən ayın sonunda Azərbaycan və Türkiyə Dövlət Dəmir Yolları idarələri arasında bununla bağlı razılaşma əldə edilib.
Razılaşmaya əsasən, 10 vaqondan ibarət qatar həftədə 1 dəfə Azərbaycandan Türkiyəyə və əks istiqamətdə hərəkət edəcək. Gələm ildən qarşılıqlı səfərlərin sayı həftədə 2 dəfəyə çıxacaq.
Bakıdan Qarsadək səfər müddəti 40 saatdır. Əvvəlcədən bunun 38 saat olacağı bildirilsə də, sərhədlərdən keçərkən yoxlamaların aparılmasına görə bu müddət 2 saat uzanacaq.
Qatara biletlərin qiyməti 96-220 manat arasında dəyişəcək. Bu, avtobus qiymətlərindən yuxarı, təyyarə qiymətlərindən aşağıdır.
Qatarda 53 ekonom, 4 ailə, 8 lüks kabinet, restoran var. Səfər müddətində sərnişinlərə yemək Azərbaycan Dəmir Yolları tərəfindən veriləcək.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06