Meriya Qarabağ komitəsinə "yox" dedi
01 may 2019 16:57 (UTC +04:00)

Meriya Qarabağ komitəsinə "yox" dedi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ komitəsinin mayın 4-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
 
ONA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
 
Bununla bağlı təşkilatçılara məlumat verilib.
# 1131
avatar

Oxşar yazılar