Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov “İDEF - 2019” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.
Lent.az bildirir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.