
Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək istəyir
73-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC) ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb.
"Azərkosmos" ASC-dən ONA-ya v erilən məlumata görə, təbliğat-təşviqat işləri 24-26 aprel 2019-cu il tarixlərində Mərakeşdə Beynəlxalq Astronavtika Federasiyası tərəfindən ilk dəfə keçirilən "İnkişaf etməkdə olan ölkələrin kosmik sahə üzrə qlobal konfransı"nda aparılıb.
"Azərkosmos"un da üzv olduğu Beynəlxalq Astronavtika Federasiyasının adıçəkilən konfransında "Azərkosmos"un nümayəndə heyəti şirkətə məxsus stenddə konfrans iştirakçılarına Azərbaycanın kosmik sahədəki rolu barədə ətraflı məlumat verib. Federasiya tərəfindən ilk dəfə "Kosmik sahədə inkişaf etməkdə olan ölkələr arasında körpü quraq" devizi altında keçirilən konfransda digər ölkələrin kosmik agentlikləri, hökumət və qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələri də daxil olmaqla, beynəlxalq ictimaiyyət bir araya gəlib.
Konfransın ilk sessiyasında kosmik sənaye üzrə tətbiqlərin inkişaf etməkdə olan ölkələrə sosial-iqtisadi faydaları, bu sahədə innovativ texnologiyaların transferi, ölkələrarası təcrübə mübadiləsi, kosmik proqramların həyata keçirilməsi üçün lazım olan əsas infrastruktur tələbləri barədə qarşılıqlı müzakirələr aparılıb.
Eyni zamanda, kosmik sənayenin inkişaf etdiyi ölkələrin təkcə peyk xidmətləri ixrac etməklə deyil, eləcə də tədqiqatlar aparmaq, ənənəvi peyk xidmətlərindən daha çox bilik və innovasiya tutumlu Əlavə Dəyərli Xidmətlər, informasiya məhsulları hazırlamaq və təqdim etməli olduğuna dair fikirlər səsləndirilib.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06