
"Yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur" - Əli Həsənov
“Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar"
“Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədənyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylıı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir. Bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər”.
ONA-nın məlumatına görə, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
“Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar. Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub” deyə, Prezidentin köməkçisi açıqlamasında vurğulayıb.
Ə. Həsənov qeyd edib ki, yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur: “Bu üsulla populyarlıq qazanmaq istəyənlər isə ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər. Onlar bu həqiqəti nə qədər tez başa düşsələr, bir o qədər həm özləri, həm də ətrafları üçün yaxşı olar”.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13