![[b]Azərbaycanın mənzil bazarındakı QİYMƏTLƏR[/b]](https://lent.az/storage/news/2019/april/22/big/fd1a8baa91de473d84dcbe392ae39327.jpg)
[b]Azərbaycanın mənzil bazarındakı QİYMƏTLƏR[/b]
Qarşıdakı aylarda Azərbaycanın daşınmaz əmlak bazarında mövsümlə əlaqədar olaraq aktiv dövr başlayır. Lakin, bu mənzillərin ciddi qiymət artımına səbəb olmayacaq. Bunu ONA-ya daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, hazırda mənzil bazarında qiymətlər stabildir və ciddi qiymət dəyişikliyi gözlənilmir. Çünki ölkənin əmlak bazarında ciddi qiymət dəyişməsi üçün əsaslı səbəb yoxdur. Yəni, bazara pul axını müşahidə olunmur.
Ekspert qeyd edib ki, qarşıdakı aylarda yalnız ipotekaya olan ucuz mənzillərin qiymətində cüzi canlanma ola bilər.
Sosial evlərin mənzil bazarına nə cür təsir edəcəyinə gəldikdə ekspert bildirib ki, bu tip evlərin mənzil bazarında ucuzlaşmaya səbəb ola bilməz. Belə ki, sosial mənzil 3 il müddətinə alqı-satqı predmeti ola bilməz. Eyni zamanda, sosial mənzillərin ümumi sayı bazarın ümumi tutumundan xeyli dərəcədə aşağıdır. Həmin sosial mənzillərin bazarda satışa çıxarılması ən yaxşı halda iki il yarım sonra başlaya bilər ki, bu da bazarda təklifə hər hansı formada təsir göstərməyəcək.
"Bu gün bazarda satılmış sosial mənzillərin sayı təqribən 500-ə yaxındır. 3 ildən sonra bu 500 mənzildən, ola bilsin ki, ən yaxşı halda 10%-i bazara çıxarıla bilər. Bu da elə bir ciddi rəqəm deyil", deyə R. Osmanlı vurğulayıb.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06