
Alman səfir Gəncədə - “Germanaijan” sərgisində iştirak edib
Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncədə olub.
ONA-nın Gəncə müxbirinin məlumatına görə, səfir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Görüş zamanı qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı və sənaye potensialı haqqında məlumat verilib. Bildirilib ki, burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisi davam etdirilir. Gəncənin tarixi və mədəniyyətindən söz açan icra başçısı Gəncədə də alman izlərinə rast gəlindiyini, Gəncə Dövlət Dram və Kukla Teatrlarının yerləşdiyi binaların vaxtı ilə almanlar tərəfindən inşa edildiyini diqqətə çatdırıb.
Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab iki ölkə arasında tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun da mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib.
Görüşdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və səfir Mixail Kindsqrab Gəncə Urban Mərkəzində təşkil olunan Azərbaycanda alman irsinin izləri və memarlığına həsr edilən “Germanaijan” sərgisində iştirak ediblər.
Çıxış edən səfir Mixael Kindsqrab bildirib ki, sərgi Qafqaza köçən almanların əzmkarlığını, dözümlülüyünü və yaradıcılığını özündə əks etdirir.
“Bu sərgi alman memarlığına həsr olunub. 200 il bundan öncə alman mühacirləri Azərbaycana gəliblər. Onların tarixi Gəncə və ətraf bölgələrin ərazisində başlayıb. İlk alman qəsəbələri, məntəqələri məhz burada yaranıb. Bu sərgi bizim birgə keçmişimizi nümayiş etdirir”.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45