3327
09:32
05 Aprel 2019

"Azərbaycan gözəli" seçilən qız aparıcılığa başlayır - VİDEO

“Azərbaycan gözəli – 2019”-un qalibi Melissa Nuriyeva aparıcılığa başlamaq niyyətindədir.

Model bu barədə Lent.az -a açıqlamasında deyib.

O bildirib ki, bu barədə ona təkliflər olunub: “Gözəllik yarışmasının qalibi olandan sonra xeyli mesajlar və təkliflər aldım. Onlar arasında aparıcılıq təklifi daha cəlbedici oldu. İndi mənə çox təkliflər var. Aparıcılıq sahəsi mənim üçün maraqlıdır. Düşünürəm ki, bacararam. İnsanın bacarmadığı bir şey yoxdur. Aparıcı olmaq istəyərəm. Artıq bu barədə düşünürəm. İndi mənə çox təkliflər gəlir, amma hər yerə gedən adam deyiləm, seçirəm”.