382
12:40
30 Mart 2019

“Mançester Yunayted”-dən 100 milyonluq təklif - İki oyunçuya

“Mançester Yunayted”in yay transfer pəncərəsi dövründəki əsas hədəfləri məlum olub.
Lent.az komanda.az-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Real”dan Rafael Varan və Dortmund “Borussiya”sından Ceydon Sançonu transfer etmək niyyətindədir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, “Mançester Yunayted”in hər iki futbolçuya ən azı 100 milyon avro təklif edəcəyi bildirilib.
“Mançester Yunayted” Varan və Sançoyla yanaşı, Milan Skriniar (“İnter”), Samuel Umtiti (“Barselona”), Aron Uan-Bisakku (“Kristal Pelas”) və Kallum Hadson-Odoi (“Çelsi”) ilə maraqlanır.