355
15:11
09 Mart 2019

Elmar Məmmədyarov İran prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovİran prezidenti Həsən Ruhani ilə görüşüb.

ONA -nın Tehran bürosunun məlumatına görə, görüşdə Həsən RuhaniAzərbaycan-İran münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib, Tehranla Bakı arasında əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İki ölkənin əməkdaşlığı nəticəsində önəmlilayihələrin icra olunduğunu vəQəzvin-Rəşt dəmir yolunun istismara verildiyini qeyd edən İran prezidenti bildirib ki,Rəşt-Astara dəmir yolu layihəsidəregion və iki xalqın mənafeyi üçün önəmli bir addımdır.O, iki ölkəninsu bəndivəelektrik stansiyasının tikintisi, eləcə də enerjisahəsində əməkdaşlığınıəhəmiyyətli adlandırıb və bu sahədə əldə olunan razılıqların icrası üçün səylərin artırılmasını istəyib. H.Ruhani deyib ki,İran və Azərbaycanregional və beynəlxalq məsələlərdəhəmişəsülhün, sabitliyin və hüquqların qorunması prinsipinə sədaqət nümayiş etdirir.

Azərbaycan, İran və Rusiyanınüçtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin də zəruriliyini qeyd edən prezidentin sözlərinə görə, regional əməkdaşlıqların daha da inkişaf etdirilməsi üçün daha çox səy göstərilməlidir.

Öz növbəsində E.Məmmədyarov Azərbaycan və İranarasındakı əlaqələridostluq və qardaşlıq münasibətləri adlandırıb və bildirib ki, Tehranla Bakıarasında siyasi, iqtisadi, mədəni və ictimaiəlaqələrin inkişafında heç bir maneə yoxdur. E.Məmmədyarov müştərək Rəşt-Astara dəmir yolu layihəsini önəmli layihə adlandırıb. Onun sözlərinə görə, bu layihənin icrası iləRusiya, Azərbaycan və İranın dəmir yolları birləşəcək, İran Gürcüstan vasitəsiləQara dənizə çıxışəldə edəcək.