134
21:42
17 İyun 2018

ATƏT-dəki səfirlər Azərbaycana gələcək

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək.

APA -nın ATƏT-ə istinadən verdiyi məlumata görə, səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək.

İyunun 18-dən 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq.

Hər 3 ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir.