150
13:35
15 İyun 2018

Brilliant Dadaşova: "Səhnədən, səviyyədən danışmasınlar" - VİDEO

Xalq artisti Brilliant Dadaşova şou-biznesdə olan bəzi müğənnilərə səslənib. Lent.az -ın məlumatına görə, “Səhər-səhər” verilişində qonaq olan müğəmnni bildirib ki, restoranda yox, toy səhnəsində oxumağa üstün tutur:

“İlk addımlarımı atan gündən restorana gedib heç vaxt oxumazdım. Amma toyda oxuyardım. Nəyə görə? Çünki hər birimiz əzizimizə toy edəndə, ən sevdiyimiz insanları dəvət edirik. Amma mən belə fikirləşirəm ki, restorana küçədən keçən hamı girə bilir və orada bilinməyən bir kütlə əmələ gəlir. Amma toyda isə qohumlarımızdır. Ona görə fikirləşirəm ki, toyda səhnəyə çıxanda müğənni orada bir atmosfer, səviyyə yaratmağı bacarmalıdır. Oxusunlar, çörək puludur, qazansınlar. Amma səviyyədən və sənətdən danışmasınlar”.