83
22:16
29 Aprel 2018

Aysel "Eurovision"da ilk məşqini etdi

Bu il ölkəmizi “Eurovision 2018” mahnı yarışmasında “X my heart” mahnısıyla təmsil edən Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.

Lent.az -ın oxu.az-a istinadən xəbər verir ki, onun məşqdən olan videosu "Youtube" portalında yayımlanıb.

Ağ geyimdə xüsusi səhnə dekorasiyası ilə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı: Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.

Qeyd edək ki, yarışmanın ilk yarımfinalı mayın 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.