<b>Azərbaycanlı müğənnidən <span style="color:red;">ŞOK ETİRAF : <span style="color:red;">"O mənim övladım deyil"</b>
10 aprel 2018 18:12 (UTC +04:00)

Azərbaycanlı müğənnidən ŞOK ETİRAF: "O mənim övladım deyil"

Müğənni Kərim Abbasov "5/5" verilişində maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, oğlu kimi təqdim etdiyi Səid onun doğma övladı deyil:

“İnsan ailə qurur övlad üçün. Allah mənə gec övlad verdi. Mən də meylimi saldım qaynımın oğluna. Övladım yox idi, Səidə oğlum dedim. O da məni çox istəyirdi. Mən də ona balam kimi baxırdım. Uşaq yenə də ata-anasının yanında idi. Səid yenə də mənim birinci balamdır. İndi də 7 ildən sonra övladım dünyaya gəldi. Bəziləri ünvanıma sonsuz dedilər, xəstədi övladı olmayacaq söylədilər. Özlərini Allahla bir tərəzidə tutdular. Allah istəyəndə verir, istəməyəndə vermir. 7 ildir nə zülm çəkdim. Bir övladım mənə 75 minə başa gəldi. 7 il sonra qismətim oldu. Efirə baxıb, haqqımda deyilən sözlərə göz yaşı tökürdüm. Sındırırdılar məni. Bu uşaq da haqqımda o sözləri deyənlərə göz dağı olsun”.

Qeyd edək ki, Kərimin 2016-cı ildə oğlu dünyaya gəlib və sənətçi ona Yusif adını qoyub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar