
Fatimədən iddialara cavab: "Təcavüzdən əvvəl bakirə idim"
Rusiyada yaşayan azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva haqqında deyilən tənqidlərə cavab verib.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, Andrey Malaxovun “Canlı yayım” proqramına qonaq olan aktrisa rejissor Mark Razovskinin ona təcavüz etdiyini demişdi. Onun bu sözlərinə bir çoxları inanmamış, Fatimənin özünü reklam etdiyini bildirmişdi.
Aktrisa və Fatimə ilə eyni kursda oxuyan Svetlana Markovnikova onunla ərini bir otaqda tək tutduğunu bildirmişdi. Svetlana Fatimənin onun ərini əlindən almaq istədiyini iddia edirdi.
“O, məşqlərə adi corab geyinib gəlirdi, ayağını qaldırırdı və alt paltarı geyinmədiyi görünürdü. Beləcə, diqqət çəkirdi” deyə, Svetlana söyləyib.
Abbasquliyeva efirdə aktrisanın ittihamlarına cavab verməsə də, sosial şəbəkədə ünvanına yazılan təhqirlərə münasibət bildirib.
“Başa düşmürəm ki, mənim geyimimin bu hadisələrə nə aidiyyatı var? İstədiyim kimi geyinirəm. Bir libas müxtəlif qadınların əynində fərqli görünə bilər. Əgər mənim geyimim və bədən quruluşum onu əri ilə üz-üzə qoyursa, mənim nə günahım var? Mənim ürəyim təmizdir. Mən Rozovskinin təcavüzündən əvvəl qız uşağı idim. Teatrda heç kimlə öpüşməmişdim, intim münasibətdə olmamışdım. Onun ərinin və bir başqasının qarşısında sinəmi açıb qoymamışam. Onun dedikləri yalandır”.
Qeyd edək ki, Svetlana Fatimə haqda “Otağa girdim ki, ərimlə Fatimə təkdir. Ərim yataqda uzanmışdı. Fatimə isə sinəsini açıq ona tərəf dönmüşdü” sözlərini bildirmişdi.
Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10
Memar sevgilisi ilə barışan aktrisanın dənizdə romantik anları
27 iyun 2025 , 12:42