64
10:42
22 Yanvar 2018

Tünzalə Aygünün cavabını verdi, Natavanı 1-ci etdi - VİDEO

Xalq artisti Aygün Kazımovanın əməkdar artist Tünzalə Ağayeva barədə dediyi sözlər cavabsız qalmayıb. Lent.az -ın məlumatına görə, əməkdar artist “Atv maqazin onlarla” verilişinə açıqlamasında xalq artistinə salam verməməyi barədə danışıb: “Qarşı tərəfdən nə görürəmsə, eyni layiqli cavab verirəm. Mənə olan sayğı və sayğısızlığı qarşılıqsız qoymamışam. Hər şey qarşılıqlıdır. Mənə hörmət qoyursa, öpərək gözümün üstünə qoyuram. Qarşılıq yoxdursa, məndən o öpüşləri gözləməyin. Detallara girməyi sevmirəm. Özünə pop ulduz deyən insan başqalarını özünə borclu saymasın. Heç kim! Hər kəs bir yol keçir, çətinlikləri dəf edir. Tünzaləni Allah bu səhnəyə gətirib.

Heç kimin 15 balı gətirməyib. Simvolik bir jüri olub. Orada başqaları da otura bilərdi. Orada əyləşən artistlər Tünzaləyə rəy bildirməli idilər. Və mümkün deyildi ki, onlar mənə 1 bal versinlər. “Bakı Payızı”nda yanımda duran rəqiblərə baxanda mənə 10 bal verməli idilər, başqa variant yox idi. Onu əlində bayraq etməyin heç bir məntiqi yoxdur”.

Onu da əlavə edək ki, T.Ağayeva sonda verilişin "Hit parad" rubrikasında A.Kazımovanın əzəli düşməni Natavan Həbibini birinci edib.