AXCP sədrinin müşaviri həbsxanadan atasının yasına buraxılıb
06 sentyabr 2016 11:44 (UTC +04:00)

AXCP sədrinin müşaviri həbsxanadan atasının yasına buraxılıb

 

AXCP sədrinin müşaviri Məmməd İbrahim atasının yasında iştirak etmək üçün xüsusi icazə ilə həbsxanadan evə buraxılıb. Bu barədə Lent.az-a onun oğlu məlumat verib.

 

Məlumatda bildirilir ki, M.İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb və Yevlaxa atasının yas mərasiminə gedir.

 

Qeyd edək ki, M.İbrahimin atası sentyabrın 4-də vəfat etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar