Samiraldonu ad günündə ağlatdılar - <span style="color:red;">"40 yaşım olur"  -<span style="color:red;"> VİDEO
16 iyun 2016 10:39 (UTC +04:00)

Samiraldonu ad günündə ağlatdılar - "40 yaşım olur" - VİDEO

 

Bu gün azərbaycanlı stilist Samiraldonun (Samir Əliyev) doğum günüdür.

 

Lent.az-a açıqlama verən stilist bildirib ki, 40 yaşı tamam olur: “Bu illər ərzində həyatda bir çox şeylər gördüm. Dünyaya gəldiyim gündən bu günə qədər həyat məni əzdi. Amma hər dəfə məni əzdiyində mübariz oldum, daha da gücləndim. Bu 40 ilin necə gəlib keçdiyini isə özüm də bilmədim. Hər şey xəyal kimi görünür. Həyatımda elə günlər var ki, onları yenidən yaşamaq istəmirəm, O əzablı günlər məni Samiraldo etdi. İndi bu gün məni sevən insanlar olsa da, qınayanlar da var. Bu da normaldır. Özümə arzuladığım bir çox arzulara çatmışam. Çox istərdim ki, mənim də ailəm, övladım olsun. İnşallah, Allah qismət etsə, olar. Bu gün məni təkcə yaşadan səbəb insanların mənə olan sevgisidir. Hətta ad günümdə mənə yazılan şərhləri oxuyub ağladım. Təki hər zaman sevinc göz yaşlarımız axsın”. 

 

# 346
avatar

Yalçın UĞUR

Oxşar yazılar