Şəhid zabitimiz dəfn edilib
05 aprel 2016 12:23 (UTC +04:00)

Şəhid zabitimiz dəfn edilib

 

Cəbhə bölgəsində düşmənin hücumunun qarşısını alarkən şəhid olan baş leytenant, 1990-cı il təvəllüdlü Mehdiyev Rəşid Rövşən oğlu bu gün doğulduğu Salyan rayonunda dəfn edilib.

 

APA-nın Mil Muğan bürosunun xəbərinə görə, şəhid zabit anadan olduğu Xalac kəndində torpağa tapşırılıb.

 

Şəhidin dəfni mərasimində Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib. 

 

Şəhidin tabutuna çəkilən Azərbaycan bayrağı Rəşid Mehdiyevin atasına təqdim olunub.

# 1467
avatar

APA Baycan

Oxşar yazılar