Nyu-Yorkda silahlı insident: 4 yaralı
25 iyun 2015 02:27 (UTC +04:00)

Nyu-Yorkda silahlı insident: 4 yaralı

Nyu-Yorkda naməlum şəxsin açdığı atəş nəticəsində 4 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Manhettendə baş verib.

 

Naməlum şəxs əvvəl kafedə, sonra isə yaxınlıqdakı binanın həyətində atəş açaraq 3 kişi və 1 qadını yaralayıb.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı polis araşdırmalara başlayıb. Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

# 197
avatar

Oxşar yazılar