İsrail tankları Rəfaha girdi
07 may 2024 09:38 (UTC +04:00)

İsrail tankları Rəfaha girdi

İsrail ordusu bu gün səhər Rəfah keçid məntəqəsini ələ keçirdi.

Lent.az “The Times of İsrael”ə əsasən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məntəqənin əsas yolunun ələ keçirildiyi, fəaliyyətini dayandırdığı bildirilib.

“Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib. Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır”, - məlumatda deyilir.

Bundan başqa, HAMAS-ın Rəfahdakı 50-dən çox obyektinin də gecə ərzində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

# 1605
avatar

Oxşar yazılar