576
10:53
17 Yanvar 2013

Raykard Səudiyyə Ərəbistanından qovuldu

Səudiyyə Ərəbistanının futbol üzrə milli komandasının baş məşqçisi Frank Raykard istefaya göndərilib. Lent.az -ın məlumatına görə, bu qərar, Körfəz Ölkələri Kubokunda Səudiyyə Ərəbistanı yığmasının Küveytə məğlubiyyətindən sonra çıxarılıb.

Hollandiyalı mütəxəssis bu komandaya 2011-ci ilin iyununda 16 milyon dollarlıq anlaşma qarşılığında baş məşqçi təyin olunmuşdu. Onun qovulmasında Səudiyyə Ərəbistanı millisinin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində uğursuzluğu və FİFA reytinqində 126-cı pilləyə enməsi də təsirsiz ötüşməyib. Raykardın yerinə ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasının ispaniyalı baş məşqçisi Serxio Piernas gətirilib.

Qeyd edək ki, Frank Raykard əvvəllər Hollandiya millisində, eləcə də İspaniyanın “Barselona” və Türkiyənin “Qalatasaray” klublarında baş məşqçi kimi çalışıb.