Terror zamanı Rusiya təhlükəsizlik qüvvələri "Crocus City Hall"dan qaçıb - VİDEO
25 mart 2024 10:20 (UTC +04:00)

Terror zamanı Rusiya təhlükəsizlik qüvvələri "Crocus City Hall"dan qaçıb - VİDEO

İŞİD terrorçularının Moskva vilayətində “Crocus City Hall” ticarət mərkəzinə hücumu zamanı Rusiya polisi vətəndaşları qorumaq üçün hərəkətə keçməkdən açıq şəkildə imtina edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hücumun ilk dəqiqələrini əks etdirən video internetdə yayılıb. Orada atışma başlayan kimi həmin ərazidə olan Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin kinologiya xidmətinin əməkdaşının cəld ərazidən necə qaçması göstərilir.

Üstəlik, hücum zamanı “Crocus City Hall” ticarət mərkəzində polis bölməsi də olub. Lakin silahlı polis əməkdaşlarının heç biri vəziyyətə müdaxilə etməyib, həyatlarını xilas edərək hadisə yerini tərk etməyə üstünlük verib.

“Crocus”da törədilən terror aktı nəticəsində 150 nəfər həlak olub, yüzdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rusiya prezidenti Vladimir Putin hadisəyə görə məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışıb. O, müraciətində bildirib ki, məhbuslar terror aktından sonra Ukraynaya qaçmağa cəhd ediblər, baxmayaraq ki, Kiyev bu versiyanı rədd edir.

Hücumda İŞİD yaraqlılarının əli ola biləcəyi güman edilir. Bunu ABŞ kəşfiyyatı məlumatları və Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatı İŞİD-in Amaq xəbər agentliyinə istinadən təsdiq edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4059
avatar

Oxşar yazılar