“Samsung” telefonlarında süni intellekt  tətbiq olunacaq
10 noyabr 2023 13:36 (UTC +04:00)

“Samsung” telefonlarında süni intellekt tətbiq olunacaq

İnsayderlər süni intellektlə işləyən “Samsung” telefonlarının buraxılacağını bildiriblər. 

Lent.az xəbər verir ki, bu xüsusiyyətin “Galaxy S24” seriyasında görünəcəyi qeyd olunub.

Məlumata görə, bu özəllik digər heç bir rəqib şirkətlərin smartfonlarında yoxdu. Yəni, bu ilk olacaq. 

Xüsusiyyətlərdən biri səsli tərcüməçidir. Tərcüməçi zənglər zamanı aktivləşdiriləcək və nitqi real vaxtda tərcümə edəcək. “Samsung” lazımi hesablamaların smartfonda aparılacağını vəd edir. 

Bildirilir ki, süni intellekt başqa məqsədlər üçün - məsələn, yazışmalar, foto və videoların emalı üçün istifadə olunacaq.

Yanvar ayında təqdim olunacaq flaqman “Galaxy S24” seriyasına süni intellektlə işləyən funksiyalar üçün geniş dəstəyin olacağı bildirilir. İstehsalçının cihazlarında bir sıra generativ süni intellekt funksiyalarının ödənişli abunə formatında təklif ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu həftənin əvvəlində “Samsung” şirkəti “Gauss” adlı generativ süni intellekt modelini nümayiş etdirib. Yeni süni intellektin istifadəçi tərəfindən verilən bir neçə açar söz əsasında məzmun yarada və redaktə edə biləcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8338

Oxşar yazılar

Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45