“iPhone 16” necə dizayn   ediləcək? – “Apple” çoxlarını təəccübləndirəcək
13 noyabr 2023 18:57 (UTC +04:00)

“iPhone 16” necə dizayn ediləcək? – “Apple” çoxlarını təəccübləndirəcək

“iPhone 15” seriyalı smartfonların buraxılışından iki aydan az vaxt keçməsinə baxmayaraq, “Apple” artıq gələn payızda təqdim ediləcək modellər üzərində işləyir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “iPhone16” model telefonu dizayn baxımından daha maraqlı olacaq. 

Məlumata görə, “Apple” hazırda “iPhone 16 Pro”nun “Dynamic Island” texnologiyası əvəzinə smartfon istifadəçilərinə daha çox tanış olan ön kamera üçün ekranda dairəvi kəsikdən istifadə edən versiyasını sınaqdan keçirir. 

Bu məlumatlara əsaslanaraq, “iPhone”un necə görünə biləcəyinə dair bir konsepsiya açıqlanıb. “Face ID” sensorlarının harada yerləşdiriləcəyi tam məlum deyil.

Ancaq bildirilir ki, “Apple” nəhayət  bütün “iPhone” seriyalarını 120Hz displeylərə keçirəcək və bütün “iPhone” modellərini təkcə Pro deyil, yeni prosessorlarla  təchiz edəcək. Bundan əlavə, “iPhone 16”da  əlavə başqa bir düymə olacaq. Bu da kamera çəkimi üçün istifadə ediləcək. 

Eyni zamanda, “iPhone 16”nın “iPhone 15”ə nisbətən xeyli baha qiymətə satışa çıxarılacağı gözlənilir. İstehsal xərclərinin artmasına baxmayaraq, “Apple” bu il heç bir “iPhone” modelinin qiymətini artırmadı. Buna görə də, 2024-cü ildə şirkət qiymət siyahısına yenidən baxacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22746

Oxşar yazılar

Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45
İşlənmiş ən etibarlı  9 Kia avtomobili - SİYAHI

İşlənmiş ən etibarlı 9 Kia avtomobili - SİYAHI

3 may 2025 , 14:07