İlon Mask Ukraynaya Rusiya tanklarını  məhv etmək üçün   necə kömək edir?
25 mart 2022 20:15 (UTC +04:00)

İlon Mask Ukraynaya Rusiya tanklarını məhv etmək üçün necə kömək edir?

İlon Maskın SpaceX şirkətinin kosmosa göndərdiyi "Starlink" peykləri Ukrayna ordusuna Rusiya tanklarını və digər texnikalarını məhv etməyə kömək edir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hərbçilər gecə vaxtı Rusiya nəqliyyat vasitələrini aşkar edə bilən termal görüntüləmə kameraları ilə xüsusi təchiz olunmuş pilotsuz təyyarələrdən istifadə edirlər.

“Əgər gecələr termal görmə dronundan istifadə etsək, dron "Starlink" vasitəsilə topçuya qoşulmalı və hədəf kilidi yaratmalıdır”, - bölük komandiri Yaroslav Qonçar bildirib.

"Starlink" internet sistemi internet və ya elektrik kəsilişləri olsa belə, dron komandalarının işləyə bilməsini təmin edir.

O izah edib ki, gecə düşən kimi Rusiya qoşunları Ukrayna ordusunun atəş açmasından qorxduqları üçün statik vəziyyətdədirlər, ona görə də onlar adi artilleriyanın mülki insanları öldürmək riski ilə üzləşə bilməyəcəyini bilərək, tanklarını kəndlərdə evlər arasında gizlətməyə məcbur olurlar.

Məlumata görə, bölmə gecə reydləri zamanı onlarla “prioritet hədəfləri”, o cümlədən tanklar, şəxsi heyəti, yük və digər maşınları məhv edib.

“Starlink” Ukraynada necə işləyir

“Starlink”in Ukraynada mövcud olması barədə məlumatlar ortaya çıxandan sonra şirkətin tətbiqi “Google Play”də ən çox yüklənən proqram olub. Amma adi vətəndaşın peyk internetinə qoşulması mümkün deyil

Ukraynaya gətirilən bütün avadanlıq kritik infrastrukturun ehtiyacları üçün istifadə olunur. Və onsuz siz qlobal şəbəkəyə daxil ola bilməzsiniz.

Hazırda “Starlink” dövlət sektoruna, müdafiə şirkətlərinə və həkimlərə xidmət göstərir. İdi bəzi provayderlər də bomba sığınacaqlarında internet təmin etmək üçün avadanlıq almağa başlayırlar.

“Starlink”ə necə qoşulmaq olar?

İnternetə çıxış əldə etmək üçün ilk növbədə lazımi avadanlıq almalısınız.

“Starlink”in rəsmi saytında sifariş verə bilərsiniz. Ancaq başa düşməlisiniz ki, indiki şəraitdə bunun sizə çatdırılması mümkün deyil.


 

# 5145
avatar

Oxşar yazılar