“Apple” ev robotu  hazırlayacaq
06 aprel 2024 12:09 (UTC +04:00)

“Apple” ev robotu hazırlayacaq

“Apple” şirkəti personal robototexnika sahəsinə daxil olmaq imkanını nəzərdən keçirir. 

Lent.az “Bloomberg”a istinadən xəbər verir ki, “Apple” şirkətinin öz elektromobilini ləğv etməsindən sonra onun növbəti böyük layihəsi olmalıdır. 

Sözügedən ev robotu hazırlanması layihə çərçivəsində olduqca çoxlu sayda mühəndislik problemlərini həll etmək lazım gələcək. Bunun üçün isə illərlə vaxt sərf edilə bilər.

Məlumata görə, “Apple” smart ekran üçün nəzərdə tutulmuş stolüstü robotlaşdırılmış cihaza sahibdir. Bu layihələrdən hansısa birinin nəticə etibarilə kommersiya səviyyəsinə yüksəlib-yüksəlməyəcəyi bilinmir. Lakin artıq indidən aydındır ki, “Apple” yeni gəlir mənbələri axtarışına çıxıb. Şəxsi robototexnika sahəsinə çıxış öz növbəsində şirkətə bütün dünya üzrə milyonlarla insanların evlərində mövqelərini bərkidə və süni zəka sahəsindəki fərdi həllərini istifadə etməyə imkan verə bilər.

Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən səhmdarların təzyiqləri səbəbi ilə şirkət özünü yeni sahələrdə yoxlamaq məcburiyyətindədir. Belə ki, səhmdarları şirkətin yeni gəlir mənbələrini tapa bilməməsi narahat edir. Şirkətin mövcud olan məhsulları artıq gəlir artımını stimullaşdıra bilmirlər. Apple uzun illər ərzində elektromobil sahəsinə daxil olmağa çalışırdı. Lakin nəticədə şirkət bu layihəsini tamamilə bağlamalı oldu. Anonim mənbələrin sözlərinə əsasən robotlaşdırılmış smart ekran artıq bir neçə ildir ki, şirkət daxilində hazırlanır. Lakin "Apple" bu istiqamətini inkişaf etdirib-etdirməmək mövzusunda qərarsızdır.
 

# 1875
avatar

Oxşar yazılar